Minijə Cəfərli

Minijə Cəfərli

Bir neçe il önce day.az - da ilk fotosessiyanızı görmüşdüm. İş vaxtina tesadüf etmişdi. İşin də qızğın çağıydı. Ele bil ki bir neçe dəqiqəlik səyahətə çıxdım. Fotoların rəng əlvanlığı, pafosdan uzaq səmimiyyəti məni məndən aldı. Ruhum dincəldi. O vaxtdan vaxtaşırı virtual vernisajlarınızın izləyicisiyəm. Hər sərgidən xüsusən bəyəndiyim şəkillər olurdu. Düşünürdüm ki, bu fotolar bir ünvanda olsaydi çox yaxşı olardı. Portal yaratmağınız lap yerinə düşdü. Artıq işlərinizi vertual şəbəkədə axtarmağa lüzum qalmadı. İndi nəyinki yeni fotoları, həmçinin köhnə şəkilləri rahatlıqla izləmək olacaq. Sizə uğurlu fotoməqamlar arzulayıram. Və səbirsizliklə yeni sərgilərinəzi gözləyirəm.

Hörmətlə, Minijə Cəfərli